Qurbanov bu futbolçunu əsas heyətdən uzaqlaşdırdı, seçim qarşısında qoydu

29 İyul 2022 17:00 Səbail 1 594
Qurbanov bu futbolçunu əsas heyətdən uzaqlaşdırdı, seçim qarşısında qoydu

«Səbail» 2 ay öncə yeni müqavilə bağladığı Adil Nağıyev əsas heyətdən uzaqlaşdırılıb.

Bu barədə qərar Mahmud Qurbanova məxsusdur.

Baş məşqçi Gürcüstan toplanışında iştirak epdən müdafiəçinin xidmətində artıq maraqlı deyil.

Səbəb yığmanın sabiq üzvünün hazırlıq prosesində özünü intizamsız aparması, məşqçilərlə problem yaşaması, onların tapşırıqlarına barmaqarası yanaşmasıdır.

Qurbanov bütün bunlardan sonra onu 2 seçim təklif edib: ya əvəzedici heyətə yollanacaqsan, ya da müqavilənin pozulmasına razılıq verəcəksən.

Nağıyev ikinci variantı seçib və komanda Tbilisidən Bakıya dönən kimi bu ayrılıq rəsmiləşməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti