Azərbaycanı tərk edən Camal Səudiyyə Ərəbistanı klubunda

29 İyul 2022 03:20 Səbail 550
Azərbaycanı tərk edən Camal Səudiyyə Ərəbistanı klubunda

Bu ilin iyunu "Səbail"dən ayrılan Camal Araqonun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qanalı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanının "Ohod" klubunda davam etdirəcək.

O, artıq yeni klubunda ictimaiyyətə təqdim edilib. C.Aqaro "İnstaqram" hesabında "Ohod"a keçidi ilə bağlı yazıb:

"Keçmiş klubum olan “Səbail”ə və Azərbaycan futbol ailəsinə dərin təşəkkürümü bildirirəm. Bu gün karyeramda yeni bir addım atıram, yeni evim olacaq.

Səudiyyə Ərəbistanının “Ohod” klubunun bir hissəsi olduğumu elan etməkdən məmmunam. Mənə göstərilən sevgiyə görə də təşəkkür edirəm".

C.Araqo 2021-ci ildən Bakı təmsilçisində oynayırdı. Klub onunla iyunda başa çatan müqaviləni yeniləməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti