Daha 3 futbolçu Qurbanovun qəzəbinə tuş gəldi

28 İyul 2022 23:40 Səbail 5 917
Daha 3 futbolçu Qurbanovun qəzəbinə tuş gəldi

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov komandada nizam-intizamı gücləndirmək üçün tədbirlər görməyə başlayıb.

Mayın sonunda “dənizçilər”in sükanı arxasına keçən “Pro” kateqoriyalı mütəxəssis bu mənada yerlilərlə legionerləri bir-birindən ayırmır.

O, məşqlərdə həvəssiz iştirak edən Adil Nağıyevdən sonra daha 3 oyunçuya barmaq silkələyib. Söhbət

kot d ivuarlı hücumçu Qoba Zakpa, Rafael Məhərrəmli və Elçin Rəhimlidən gedir. Onları cərimə gözləyir.

Əlbəttə, bu addım səbəbsiz deyil. Sözügedən futbolçular Tbilisi “Dinamo”su ilə yoxlama görüşündə intizamsız hərəkətlərə yol veriblər.

Belə ki, Məhərrəmli ilə Rəhimli gürcülərə 0:2 hesabıyla uduzulan matçın 20-ci dəqiqəsində əvəzlənmələrindən narazı qalıblar və bunu açıq şəkildə büruzə veriblər.

Zakpa isə baş hakimlə mübahisə edib və qırmızı vərəqə alıb. Bundan daha da əsəbiləşən afrikalı forvard referini söyüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti