Qurbanov sərt üzünü göstərdi – Sənə xoş deyilsə, gedə bilərsən

27 İyul 2022 10:40 Səbail 1 842
Qurbanov sərt üzünü göstərdi – Sənə xoş deyilsə, gedə bilərsən

«Səbail»in yeni baş məşqçisi Mahmud Qurbanov artıq öz sərt üzünü futbolçulara göstərib.

Bundan öz «pay»ını götürənlərdən biri də Adil Nağıyevdir.

«Pro» kateqoriyalı çalışdırıcı Gürcüstanda toplanışında iştirak edən müdafiəçini əsas heyətdən uzaqlaşdırıb.

Buna səbəb onun gündəlik hazırlıq prosesində zəif təsir bağışlaması, tapşırıqlara həvəssiz yanaşması və məşqçilərin iradlarına etinasız münasibət göstərməsidir.

Qurbanov artıq ona öz xəbərdarlığını edib. Nağıyev istəyərsə, elə günü bu gün düşərgəni tərk edə bilər. Baş məşqçi onunla müqavilənin qarşılıqlı razılaşma əsasında pozulmasının əleyhinə deyil.

Bundan itirən isə heç şübhəsiz, yığmanın sabiq üzvü olacaq. Çünki o, birillik yeni müqaviləni 2 ay öncə imzalayıb və indi qazancı əvvəlki ilə müqayisədə 3 dəfə artıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!