Gürcüstanda təlim-məşq toplanışında olan "Səbail" növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, "dənizçilər" yerli "Qaqra" ilə qarşılaşıb.
Görüş Mahmud Qurbanovun baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakı təmsilçisindən qolları 10-cu dəqiqədə Qoba Zakpa və 76-cı dəqiqədə Luvaqa Kizito vurublar.
"Səbail" Gürcüstan toplanışındakı ilk sınaq oyununda Tbilisi "Dinamo"suna 0:2 hesabı ilə uduzub.

