Azərbaycanda klubun qarşısına 3 TƏLƏB QOYULDU

25 İyul 2022 10:40 Səbail 1 321
Azərbaycanda klubun qarşısına 3 TƏLƏB QOYULDU

“Səbail“ ilbəil inkişaf etməli, nəticələrini yaxşılaşdırmalı və avrokuboklara vəsiqə uğrunda mübarizənin daimi iştirakçısı olmalıdır - bu tələb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyevə məxsusdur.

O, baş sponsoru olduqları klubun böyüməsi üçün əllərindən gələni əsirgəmədiklərini bildirib.

“Dənizçilər“lə keçirdiyi son görüşdə hədəflərdən danışan R.Vəliyev çətin dönəmin artıq arxada qaldığını, “Səbail“ə hər cür şərait yaradıldığını və bundan sonra hər şeyin daha yaxşı olacağını söyləyib.

İdarə Heyətinin sədri qeyd edib ki, o. komanda ilə bağlı yenilikləri davamlı olaraq diqqətdə saxlayır və Premyer Liqanın növbəti mövsümündən gözləntiləri böyükdür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!