“Səbail” yeni mövsümə hazırlıqları qonşu Gürcüstanda davam etdirir.
Komanda təkcə məşqlərlə kifayətlənmir, bəzən futbolçular arasında şən zarafatlara da xüsusi yer verilir.
Sonuncu dəfə edilən zarafat isə yeni transfer Qustavo Moreno de Françanın xoş gününə təsadüf edib. Amma onun üçün heç də xoş anlara səhnə olmayıb.
Belə ki, braziliyalı legioner 26 yaşını ailəsindən uzaq, ölkə xaricindəki toplanışda qeyd etməli olub.
Onun özəl gününə komanda yoldaşları da əməlli-başlı hazırlıq görüblər. Gözəl bir tort alan digər futbolçular Ağabala Ramazanovun başçılığı ilə Françanın oteldəki otağına gəliblər.
Hər şey bura qədər gözəl, amma braziliyalı futbolçu nə bilsin ki, onun bir qədər sonra şok surpriz gözləyir.
Ramazanov komanda yoldaşlarının jestindən 26 yaşlı futbolçunun xoşbəxt görünən üzünü birandaca torta qərq edib. Maraqlı anları özündə anban əks etdirən fotolarını sizə təqdim edirik.
XANOĞLAN / SPORTİNFO.AZ

