"Səbail" yeni mövsümün hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanın paytaxtı Tbilisidə həyata keçirir.
Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv artıq qonşu ölkədədir.
"Səbail" Gürcüstandakı 10 günlük təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununa çıxacaq. "Dənizçilər" qonşu ölkəyə 21 futbolçu aparıb.
Qapıçılar: Emil Balayev, Hüseynəli Quliyev;
Müdafiəçilər: Adil Nağıyev, Cabir Əmirli, Qustavo Moreno de França, Fakundo Kardozo, Turan Manafov, Rafael Məhərrəmli, Vüqar Həsənov;
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Emil Martinov, Franko Mazurek, Emin Zamanov, Tural Bayramlı, Ədilxan Qarəhmədov, Vüsal Qənbərov, Elmir Tağıyev;
Hücumçular: Ağabala Ramazanov, Luvaqa Kizito, Qoba Zakpa, Ruslan Hacıyev.

