Azərbaycan klubuna güzəştə getdi – Transfer üçün "son düymə"...

14 İyul 2022 10:40 Səbail 2 597
Azərbaycan klubuna güzəştə getdi – Transfer üçün "son düymə"...

Transfer bazarının ən fəallarından biri olan «Səbail» Məhəmməd Reza Azadi ilə razılığa gəlib. İranın U-23 yığmasının sabiq hücumçusu karyerasını

Azərbaycanda davam etdirməyə müsbət yanaşıb.

O, bunun üçün maliyyə şərtlərində endirmə də gedib. Belə ki, 22 yaşlı cənubi azərbaycanlı aylıq 10 min dollar tələbini yumşaldıb.

Bayıl klubu indi onun məxsus olduğu «Aluminium Arak»la ortaq məxrəcə gəlməyə çalışır. Qarşı tərəfin bu keçidin rəsmiləşməsi üçün 70 min dollar istəyir.

Reza Azadi Təbrizdə dünyaya gəlib və futbolda ilk addımlarını «Traktor»da atıb.

2017-2020-ci illərdə «qırmızı qurdlar»ın əsas komandasında 50 oyun keçirib, 4 qol vurub.

Növbəti ildə Yunanıstanda legioner həyatı yaşayıb, «Panetolikos»un formasını geyinib, 10 matçda fərqlənə bilməyib.

2021-ci ilin yayında İrana dönüb, «İstiqlal»la müqavilə imzalayıb. Bu ilin əvvəlində isə «Aluminium Arak»a üz tutub hələ birillik müqaviləsi qüvvədədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti