“Səbail" yeni legioner alıb.
Sportinfo.az xəbər verir ki, Bayıl klubu argentinalı müdafiəçi Fakundo Kardozonu heyətinə qatıb.
27 yaşlı cənubi amerikalı ilə 1 illik müqavilə imzalanıb. Məlumatı "dənizçilər"in saytı yayıb./>
Fakundo müxtəlif illərdə ölkəsinin "Platense", "Oll Boys", "Arsenal Sarandi" klublarında oynayıb. Argentinanın U-20 millisində çıxış edib.

