İran yığmasının azərbaycanlı hücumçusu Premyer Liqa klubunda - SON DƏQİQƏ

13 İyul 2022 13:00 Səbail 3 553
İran yığmasının azərbaycanlı hücumçusu Premyer Liqa klubunda - SON DƏQİQƏ

Premyer Liqada medallar uğrunda mübarizə aparacaq «Səbail» pul kisəsinin ağzını açıb.

Bir-birinin ardınca transfer əməliyyatları edən Bayıl klubu daha bir legioneri sıralarına qatmağa hazırlaşır.

«Dənizçilər» bu dəfə məhəmməd Reza Azadiyə dəvət göndərib.

22 yaşlı forvard cənubi azərbaycanlıdır. Təbrizdə dünyaya gəlib və futbolda ilk addımlarını «Traktor»da atıb.

2017-2020-ci illərdə «qırmızı qurdlar»ın əsas komandasında 50 oyun keçirib, 4 qol vurub.

Növbəti ildə Yunanıstanda legioner həyatı yaşayıb, «Panetolikos»un formasını geyinib, 10 matçda fərqlənə bilməyib.

2021-ci ilin yayında İrana dönüb, «İstiqlal»la müqavilə imzalayıb. Bu ilin əvvəlində isə «Aluminium Arak»a üz tutub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti