Qurbanov söylədi: "Razı qalmadığımız məqamlar da var"

12 İyul 2022 02:30 Səbail 893
Qurbanov söylədi: "Razı qalmadığımız məqamlar da var"

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov “CBC Sport”a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisinin çalışdırıcısı “Kəpəz”lə keçirilən yoxlama görüşündən (3:1) sonra fikirlərini bildirib:

"Oyun maraqlı keçdi. Bizim ilk yoxlama görüşümüz idi. Bu matçda iki heyətlə oynadıq. Əslində, oyundan razı qaldıq. Doğrudu, razı qalmadığımız məqamlar da var.

​Amma nəzərə alaq ki, yeni başlamışıq. Ümumilikdə, maraqlı oyun keçdiyini söyləmək olar. Hazırlığımıza davam edirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti