“Səbail” növbəti mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. Bu,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) baş sponsor olduğu klub qarşısında tələbidir.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev “Səbail“də görüş keçirib və yeni “futbol ili” ilə bağlı istəklərini dilə gətirib.
O, bu yay “dənizçilər”ə kifayət qədər büdcə ayırdıqlarını, bunun sayəsində yüksək qiymətə yeni legionerlər alındığını, həm klubda, həm də akademiyada çalışanların maaçlarının xeyli artırıldığını bildirib:
“Bizə nəticə lazımdır. “Səbail”in büdcəsi heç vaxt bu qədər olmayıb. Amma komanda 3 il qabaq Premyer Liqada bürünc medal qazanıb, avrokuboklarda iştirak edib.
İndi bizim üzərimizə nə düşübsə, hamısını etmişik. Klub olaraq hədəflərimiz yüksək olmalıdır. Premyer Liqaya yaxşı başlamalıyıq.
Uğursuz başlanğıc olduğunu görsəm, bir neçə həftədən sonra dəyişiklik edəcəm, istefaya gedənlər olacaq”.
SPORTİNFO.AZ

