“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev “Səbail“in kollektivi ilə görüşüb.
O, rəhbəri olduğu ASCO-nun sponsorluq etdiyi klubla bağlı düşüncələrini və planlarını bölüşüb.
R.Vəliyev ötən mövsümün yekunlarına görə futbolçulardan narazılığını ifadə edib. Premyer Liqada 8-ci pilləni tutan komandanın uğursuzluğundan söz açan sədr oyunçuları öz işlərinə qeyri-peşəkar yanaşmaqda qınayıb:
“Biz Aftandil Hacıyevlə yollarımızı ayırmaq istəmirdik. Onun fəaliyyəti bizi qane edirdi. Burada üçüncü olub, Avropa Liqasına çıxıb.
Müəyyən səbəblərə görə son iki ildə klubun maliyyə vəziyyəti zəifləyib, Hacıyev çətin şəraitdə çalışıb. Biz baş məşqçi ilə bağlı qərar verərkən, çox fikirləşməli olduq.
Siz çox, baş məşqçi tək - hamınızı buradan göndərə bilməzdik. İki yoldan birini seçməli idik - biz futbolçuları saxlayıb, onu göndərdik.
Əgər siz futbolçular onun tapşırıqlarını yerinə yetirsəydiz, komanda Premyer Liqada axırıncı yeri tutmazdı.
Olduqca qeyri-sabit çıxış etdiz, oyunlara tam məsuliyyətlə yanaşmadız».
SPORTİNFO.AZ

