Paytaxt klubu özü-özünü necə ifşa etdi? - FOTOLAR

9 İyul 2022 09:40 Səbail 1 243
Paytaxt klubu özü-özünü necə ifşa etdi? - FOTOLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail” PFK-nın futbolçularının ustalıq səviyyəsinin artırılması məqsədilə Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.

ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar.

Təlim-məşq bazasında ilk olaraq uşaqların təlim məşqinə start verilib.

Müasir standartlara cavab verən təlim-məşq bazasında müxtəlif idman oyunların keçirilməsi üçün qum üzərində meydança ilə yanaşı, yeməkxana, oyunçuların gecələməsi üçün yenilənmiş koteclər də fəaliyyət göstərir.

Bu, dünən "Səbail"in sosial şəbəkə hesabından paylaşdığı postun mətnidir. İlk baxışdan hər şey əla, gözəl.

Amma mətndə yerləşdirilən fotolara baxanda adamı ağlamaq tutmasın neyləsin?

Adamların "müasir tələblərə cavab verən" dediyi meydança konkret mal-qara otlağın xatırladır. Bir sözlə, "burax qoyunlar otlasın" deyə biləcəyin otlaq sahəsidir.

Belə yerdə də ustalıq səviyyəsini yüksəltməkmi olar? Təbii ki, yox. Əminəm ki, fotolar meydançanın maksimum daha yaxşı görünən hissəsindən çəkilib.

Görün, indi fotoda görünməyə yerlər nə gündədir. Bunun adı futbol ictimaiyyətini ələ salmaqdır. Biz saflar da sevinmişdik ki, adamlar Bayılı "yarıtdılar", indi də "yaxşı" fəaliyyətlərin bölgələrimizdə davam etdirəcəklər.

Açığı, arxada qalan neçə illər ərzində "Bayıl arena"nın bərbad meydançasında futbolçularımızın sağlamlığını risk altına atmasına göz yumanların, gedib Xaçmazda uşaqlara gün ağlayacağına ilk başdan da inanmamışdım.

Amma fotolara göz gəzdirməmiş mətnə baxıb, düşünmüşdüm ki, bəlkə fikrlər dəyişib, daha sağlam düşünə bilirlər. Ancaq sən saydığını say, gör, onlar nə sayır.

Atalar elə məhz belə yer üçün deyiblərmiş ki, qozbeli qəbir düzəldər...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti