Premyer Liqada çıxış edən üçüncü klub da... VƏZİYYƏT KRİTİKDİR!

3 İyul 2022 11:40 Səbail 2 173
Premyer Liqada çıxış edən üçüncü klub da... VƏZİYYƏT KRİTİKDİR!

Deyəsən, bu gedişlə növbəti mövsüm I Divizionda iştirakçı sayı xeyli aşağı düşəcək.

Xəbər verdiyimiz kimi, Premyer Liqanın 2 klubu gələn sezon aşağı dəstədə təmsil olunmaq istəmir.

Redaksiyamıza verilən informasiyaya görə, “Sabah”dan sonra “Qəbələ” də belə bir fikirlə AFFA ilə əlaqə saxlayıb.

UEFA Gənclər Liqasında mübarizə aparacaq “qırmızı-qaralar” əvəzedici heyətini yenidən formalaşdırmaqda və saxlamaqda promlen yaşamaqları barədə federasiyanı məlumatlandırıb.

“Qəbələ”nin baş meneceri Nail Kərimov problemin məğzi barədə bunları söyləyib:

“Bəli, AFFA rəhbərliyi ilə aramızda belə bir şifahi söhbət olub. Hər şey maliyyədən asılıdır. Biz AFFA-ya gələn mövsümlə bağlı fəaliyyət planımızı təqdim etmişik.

Orada göstərmişik ki, klubun işinin normal getməsi üçün nə qədər vəsait lazımdır. AFFA-dan çox yox, bir az artım istəmişik.

Büdcəni əvəzedici komandamız olacaqmış kimi müəyyənləşdirmişik. “Dubl”un olması çox vacibdir.

Divizionda çıxış edən ənclər əsas komandaya daha tez düşür. Düzü, AFFA-nın bizə nə vaxt cavab verəcəyiii bilmirik.

Düşünürəm ki, bu problem qısa müddətzə öz müsbət həllini atapar və əzəvedici komadamız fəaliyyətini davam etdirər. “Dubl”un dağılmasını uzaq ehtimal sayırıq”.

“Sabah” əvəzedici heyətinin aşağı liqada çıxış etməyəcəyi barədə federasiyanı məlumatlandırıb.

Gənclərdən ibarət komandanın əksər üzvlərinin “Turan Tovuz”, “Kəpəz” və digər klublar tərəfindən icarəyə götürülməsini əsas gətirən “ağ-göylər” AFFA-dan yaranmış vəziyyəti nəzərə almasını istəyib.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yaranmış son vəziyyətlə bağlı bunları söyləyib:

“Yay fasiləsində artıq bir neçə gənc futbolçumuzu müxtəlif Premyer Liqa klublarına icarəyə vermişik. Samir Məhərrəmli “Kəpəz”ə, Veysəl Rzayev və Şakir Seydiov isə “Turan Tovuz”a icarəyə verilib.

Daha bir neçə gənc oyunçumuzla bağlı da oxşar qərarların verilməsi gözlənilir. Bu addımın atılmasına səbəb həmin futbolçuların özlərini daha da inkişaf etdirmələridir.

Bundan əlavə, son mövsümdə əvəzedici heyətin üzvü olmuş bir neçə gənc futbolçu əsas komandamıza cəlb edilib.

Bütün bunları nəzərə alaraq, növbəti mövsümdə əvəzedici komandamızın Birinci Divizionda iştirak etməməsi ilə bağlı AFFA-ya müraciət etdik.Lakin onu da qeyd edim ki, bu, yalnız 2022/23 mövsümü üçün keçərli qərardır”.

AFFA-dan redaksiyamıza verilən məlumata görə, analoji durum “Səbail”lə bağlı yaranıb. Belə ki, “dənizçilər”in əvəzedici heyətdə çıxış edən əksər futbolçuları ilə müqavilə müddəti bitib və düşərgədə demək olar heç kim qalmayıb.

“Araz-Naxçıvan” başda olmaqla, I Divizionun bir neçə klubu Bayıl təmsilçisindən ayrılanlarla müqavilə imzalayıb.

Üstəlik, “Səbail” yeni sezonda diqqəti əsas komnda ilə Gənclər Liqasında mübarizə aparacaq U-19-a yönəltmək fikrindədir.

“Dənizçilər” yeni heyətin formalaşdırılması üçün AFFA-dan maddi dəstək istəyib və özlərinin dediyi kimi, bu, olmasa, I Divzionda mübarizə onların iştirakı olmadan keçəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!