Bakı klubunun Braziliyadan olan yeni legioneri iddia etdi ki...

3 İyul 2022 02:00 Səbail 917
Bakı klubunun Braziliyadan olan yeni legioneri iddia etdi ki...

"Səbail"in yeni transferi Qustavo França klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi paytaxt klubuna keçidini şərh edib:

"Özümü əla hiss edirəm. Komandadakı hər kəs məni çox səmimi qarşıladı və bu, mənim üçün xoş sürpriz oldu.

Ötən gün isə burada ilk məşqimə çıxdım. Komandada abu-hava çox yüksək idi. "Səbail"də olduğum üçün xoşbəxtəm".

França qarşıdakı 1 ili "Səbail"də keçirəcək. 25 yaşlı müdafiəçinin son klubu Portuqaliya Sequndasında yarışan "Leykşoeş" olub.

Digər Xəbərlər
Xəbər Lenti