"Bu mövsüm çox komandaya başağrısı ola biləcəyik" - Kapitandan iddialı AÇIQLAMA

27 İyun 2022 19:40 Səbail 953
"Bu mövsüm çox komandaya başağrısı ola biləcəyik" - Kapitandan iddialı AÇIQLAMA

“5-6 gündü Bakıda məşlərimzi davam etdiririk.

Hazırlığa bir qədər tez start vermişik. Hər şey plan üzrə davam edir”.

Bunu Sportinfo.az-a açıqlamasında “Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev dilə gətirib.

Son mövsümü uğursuz keçirən Bayıl təmsilçisi “yay bazarı”nın ən aktiv komandalarından biridir.

Görəsən, heyətə qoşulan yeni futbolçular uğurlu mövsüm keçirmək üçün paytaxt klubuna fayda verə biləcək gücdədirlər?

Əmirquliyevi dinləyək: “Komandamıza yeni qoşulan həm yerli, həm də əcnəbi futbolçular var.

Hər şey yolunda gedir. Komanda güclənir və bu, sevindiric haldır. Yenil gələnlərin bizə güc qatacağına inanıram.

Düzdü, ötən mövsümü pis başa vurduq, ancaq yeni mövsüm daha uğurlu çıxış etməyi qarşımıza hədəf qoymuşuq.

Bu mövsüm çox komandaya başağrısı ola biləcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti