Dünən ayağının tozuyla bura gəldi, bu gün "mən artıq buranı sevirəm" dedi

22 İyun 2022 13:40 Səbail 1 089
Dünən ayağının tozuyla bura gəldi, bu gün "mən artıq buranı sevirəm" dedi

“Səbail”in yeni transferi Qoba Zakpa paytaxt təmsilçisinə keçidibarədə danışıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Komandada məni çox yaxşı qarşıladılar. İnfrastruktur və təşkilatçılıq yüksək səviyyədədir. Mən artıq buranı sevirəm”.

Zakpa 2 gün əvvəl “Səbail”lə 1 illik müqavilə bağlayıb. Uqandalı forvard ötən mövsümü İsrailin "Hapoel" (Nof-Ha-Qalil) komandasında keçirib.

"Səbail" yay fasiləsində Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənov və Zakpa Qobanı da heyətinə cəlb edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti