Qurbanov 3 Azərbaycan klubunda işləmiş məşqçinin oğlunu özünə köməkçi götürdü

21 İyun 2022 10:40 Səbail 1 901
Qurbanov 3 Azərbaycan klubunda işləmiş məşqçinin oğlunu özünə köməkçi götürdü

«Səbail»in yeni çalışdırıcısı Mahmud Qurbanov məşqçi korpusunu formalaşdırıb.

«Pro» kateqoriyalı mütəxəssis Zaur Ramazanov, Tofiq Mustafayev və Elşən Poladovdan sonra özünə daha bir yardımçı götürüb.

Bu, Simeon Xristovdur. Adını çəkdiyimiz köməkçi komandanın fiziki hazırlığına məsuliyyət daşıyacaq.

Bu ad azərbaycanlı futbolsevərlərə tanış gəlməlidir. Simeon Xristov vaxtilə «Bakı», «Qarabağ» və «Zirə»də taktiki analitik kimi çalışmış, hazırda isə ölkəsi Makedoniyada «Rabotçniçki»ni çalışdıran Borçe Xristovun oğludur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti