Tanınmış azərbaycanlı futbolçu rayon klublarını istəmir

20 İyun 2022 20:40 Səbail 1 250
Tanınmış azərbaycanlı futbolçu rayon klublarını istəmir

Baş məşqçi dəyişikliyinə gedən “Səbail” bir neçə futbolçusu ilə vidalaşıb.

Onların arasında Əfran İsmayılov da yollarını ayırıb.

34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

2020-ci ildən "Səbail"də çıxış edən millinin sabiq üzvünün bundan sonrakı planı nədir? Xidmətində maraqlı olan(lar) var?

Təklif olmasa, futbolçu karyerasını başa vuracaq? Öz dilindən eşidək:

“Bakı komandalarından təklif olsa, oynamaq istəyərəm. Amma rayona getmək heç cür alınmır. Bu yaşda, ailə-uşaqla çətindir.

Komanda olmasa, karyeramı başa vurub, məşqçiliyə də başlaya bilərəm. “Səbail”ə uğurlar arzulayıram”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti