Azərbaycan klubu İsraildən transfer etdi – SON DƏQİQƏ

19 İyun 2022 15:09 Səbail 5 392
Azərbaycan klubu İsraildən transfer etdi – SON DƏQİQƏ

Kot d ivuarlı Qoba Zakpanı Kipr "Etnikos"undan heyətinə qatan «Səbail» daha bir legioneri rənglərinə bağlayıb.

Bayıl klubundan Sportinfo.az-a daxil olan məlumata görə, Luvaqa Kizito ilə anlaşma əldə olunub.

Bu gün Azərbaycana gələcək Uqanda millisinin vingeri azad agent statusu daşıyır. 28 yaşlı afrikalı indiyədək 5 ölkədə legioner həyatı yaşayıb.

«Bunamvaya»nın yetirməsi 2012-ci ildə Portuqaliyaya yollanıb və burada 5 il qalıb. O, həmin illər ərzində «Leyxes», «Sportinq Kovilha», «Rio Ave», «Feyrense»nin formasını geyinib.

2017-ci ildə Rumıniyadan təklif alan Kizito növbəti 2 mövsümü «Politexnika İaşi»də başa vurub. 2018-ci ildə Belarusda peyda olub, BATE-nin uğurları üçün tər töküb.

1 il sonra Qazaxıstana üz tutub, Karaqanda «Şaxtyor»ın şərəfini qoruyub. Adıçəkilən yarımmüdafiəçinin karyerasının son 3 ili İsraillə bağlıdır.

2019-2020-ci illərdə «Hapoel Kfar-Saba»da çıxış edib. Ötən mövsümü isə «Hapoel Nof-HaGalil»də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti