Bakı klubu ilə anlaşdı, ayrılığa kədərləndiyini etiraf etdi

19 İyun 2022 14:40 Səbail 2 599
Bakı klubu ilə anlaşdı, ayrılığa kədərləndiyini etiraf etdi

"Səbail"lə anlaşan kot d ivuarlı futbolçu Qoba Zakpa Kipr "Etnikos"u ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı forvard bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

Təcrübəli forvard çox sevdiyi ölkəni və komandanı tərk etdiyi üçün kədərləndiyini yazıb. O, klub rəhbərliyinə, məşçilər heyətinə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkürünü bildirib.

2020-ci ildən "Etnikos"da çıxış edən Qoba Zakpa 54 matçda 8 qola imza atıb. O, yarımmüdafiə xəttinin cinahlarında da oynaya bilir.

Afrikalı hücumçu daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti