Azərbaycan klubu ilə 1 illik anlaşdı – Bu gün gəlir

18 İyun 2022 23:40 Səbail 911
Azərbaycan klubu ilə 1 illik anlaşdı – Bu gün gəlir

"Səbail" yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.

“Dənizçilər" Kipr "Etnikos"unda çıxış edən kot d ivuarlı hücumçu Qoba Zakpa ilə 1 illik anlaşıb.

30 yaşlı forvardla bu gün rəsmi müqavilə imzalamaq üçün Azərbaycana gələcək.

2020-ci ildən "Etnikos"da çıxış edən afrikalı oyunçu 54 matçda 8 qola imza atıb. O, yarımmüdafiə xəttinin cinahlarında da oynaya bilir.

Qoba Zakpa daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti