“Sabah” bu ilin yanvarında 1,5 illik müqavilə bağladığı Aleksandr Neçayevi göndərmək niyyətində deyil.
Bu mənada Premyer Liqada legioner limitinin dəyişməsi 28 yaşlı qapıçının işinə yarayıb.
Belaruslu kiper növbəti «futbol ili»ni də Masazır klubunda keçirəcək.
Ötən müddət ərzində Azərbaycanda debüt etmək şansı qazanmayan Aleksandr Neçayev karyerası ərzində “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux”da (2017-2022) çıxış edib.
SPORTİNFO.AZ

