Avropada 4 ölkəni gəzib-dolaşan hücumçu Azərbaycan klubuna gəlir

17 İyun 2022 20:20 Səbail 6 707
Avropada 4 ölkəni gəzib-dolaşan hücumçu Azərbaycan klubuna gəlir

"Səbail" yay fasiləsində ilk legioner transferini gerçəkləşdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, “dənizçilər" Kipr "Etnikos"unda çıxış edən kot d ivuarlı hücumçu Qoba Zakpa ilə anlaşıb.

30 yaşlı forvardla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

2020-ci ildən "Etnikos"da çıxış edən afrikalı oyunçu 54 matçda 8 qola imza atıb. O, yarımmüdafiə xəttinin cinahlarında da oynaya bilir.

Qoba Zakpa daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti