Tanınmış azərbaycanlı futbolçu məşqçiliyə başlayır?

15 İyun 2022 23:20 Səbail 1 731
Tanınmış azərbaycanlı futbolçu məşqçiliyə başlayır?

Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılovu qarşıdakı mövsüm məşqçi kimi görə bilərik.

Belə ki, ona son mövsümü keçirdiyi "Səbail"dən və futbolçu kimi oynadığı başqa bir Premyer Liqa klubundan da belə bir təklif gəlib.

Amma İsmayılov qərar verməyə tələsmir. Çünki futbolçu karyerasın bitirməkdə o qədər də maraqlı olmayan təcrübəli oyunçuya həm də futbolçu kimi təklif göndərən klublar var.

Çətin seçim qarşısında qalan 33 yaşlı yarımmüdafiəçis hər iki istiqamətdə danışıqları davam etdirir və yaxın 1-2 gündə yekun qərar verəcəyi gözlənilir.

İsmayılov son mövsüm Bayıl təmsilçisinin heyətində 12 oyunda meydana çıxıb və 1 qol vurmağı bacarıb.

Zəngin karyeraya sahib oyunçu "Səbail"ə kimi "Qarabağ", "Xəzər Lənkəran", "Bakı", "Turan" və "Sumqayıt" kimi komandaların şərəfin qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti