Baş sponsor 8 legioner gətirməyə icazə verdi, qiyməti qaldırdı

12 İyun 2022 17:40 Səbail 1 927
Baş sponsor 8 legioner gətirməyə icazə verdi, qiyməti qaldırdı

«Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) baş sponsoru olduğu «Səbail»də yeni kvotanı müəyyənləşdirib.

Baş məşqçi postuna Mahmud Qurbanovu gətirmiş Bayıl təmsilçisi nöabəti mövsümdə minimum 8 legionerin xidmətindən yararlana bilər.

Müqayisə üçün deyək ki, «dənizçilər» başa çatan sezonda cəmi 4 əcnəbi futbolçudan istifadə edib. Digər bir fərq xarici oyunçulara ödəniləcək məbləğlə bağlıdır.

Belə ki, avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyan klub legionerlərə 100-120 min dollar civarında əməkhaqqı ayırıb. Bu da yola saldığımız «futbol ili»nə baxanda, 3-4 dəfə artıq vəsait deməkdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti