“Belə olacağını təxmini hiss etmişdim.
Bildiyimə görə, yeni məşqçilər korpusu məni futbolçu kimi istəmirdi. Açığı, özüm də qalmaqda maraqlı deyildim”.
“Səbail”dən ayrılığı təsdiqlənən Əfran İsmayılov Sportinfo.az-a açıqlamasında klubun rəsmi saytı vasitəsi ilə yaydığı məlumata münasibət bildirib.
Millinin sabiq yarımmüdafiəçisi "dənizçilər”i tərk etməsinin səbəbini bu iki məqamda gördüyünü söyləyib:
“Gözlənilməz olmadı. Qaranlıq bir şey yoxdur, sadəcə, yollarımızı ayırmaq qərarına gəldik.
Özlərinə də bildirmişdim ki, karyeramı “Səbail”də məşqçi yox, futbolçu kimi davam etdirmək istəyirəm. Razılaşmadılar və yollarımız ayrıldı.
Aftandil Hacıyevlə söhbətimiz olmuşdu və bu məsələdə planlarımız tam başqa idi. Onun komandanı tərk etməsi mənim gedişimə də öz təsirini göstərdi”.
“Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Şamaxı”, “Sumqayıt” kimi komandaların formasını geyinmiş 33 yaşlı yarımmüdafiəçi son 2 ildə “Səbail” formasında 38 oyunda 6 qol vurub.
HƏBİB

