Mahmud Qurbanovu baş məşqçi postuna gətirən «Səbail» iddialı komanda formalaşdırmağa çalışır.
Bayıl klubu hazırda əsas diqqəti daxili bazara yönəldib.
Ağabala Ramazanovu «Zirə»dən geri qaytaran «dənizçilər»in növbəti hədəfi Nicat Mehbalıyevdir. «Səbail»lilər başa çatan sezonu «Qəbələ»də keçirən qapıçını icarəyə götürmək üçün «Sabah»a müraciət edib.
Elxan Əhmədovla vidalaşan, Rəşad Əzizlinin ümidinə qalmaq istəməyən, təcrübəsiz Hüseynqulu Quliyevə rəqib axtaran «dənizçilər» Nicatla anlaşmağa çox yaxındır.
SPORTİNFO.AZ

