Mahmud Qurbanovun “Səbail”ə baş məşqçi təyin olunmasından sonra komandanı tərk etmək istəyən futbolçuların fikirlərini 180 dərəcə dəyişib.
Son 3 gündə “dənizçilər”in sıralarında yeni imzalanan müqavilələrin ardı-arası kəsilmir.
Klubla sözləşməsi başa çatan Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədovla 2024-cü ilin yayına qədər anlaşma əldə olunub.
Komandanın aparıcı fiqurlarından olan Adil komandanı tərk etməkdə israrlı idi. Hətta onunla maraqlanan klublarla danışıq aparmış, qərarını da vermişdi.
Lakin Mahmud Qurbanovun rəhbərliklə söhbətdə ayrı-ayrı futbolçuların maaşına əl gəzdirilməsi ilə bağlı xahişindən sonra Nağıyevin işi həll olunub.
Başa çatan mövsümdə aylıq 4 min manata oynayan Adil 2022/23 mövsümündə çəkəcəyi zəhmətə görə 6 min manat qazanacaq.
2023/24 mövsümü üçün məbləğ 8 min manat nəzərdə tutulub. Təbii ki, o vaxta qədər “Səbail” dağılmasa.
HƏBİB / SPORTİNFO.AZ

