Yığmanın keçmiş müdafiəçisi Ruslan Abışov karyerasını gələn mövsüm də davam etdirəcək.
34 yaşlı arxa xətt oyunçusu “Səbail”dən dəvət alıb.
Son “futbol ili”ni “Zirə”də keçirən “Neftçi”nin yetirməsinə Mahmud Qurbanovun çalışdırdığı klubdan birillik müqavilə təklifi gəlib.
Ruslan “dənizçilər”in çağırışına hələ cavab verməyib. Bu keçid ilk növbədə Rəşad Sadıqovdan asılıdır.
“Qartallar”ın çalışdırıcısı onun qalmasını istəsə, o, karyerasını 1 il sonra elə burada bitirəcək.
SPORTİNFO.AZ

