"Səbail" 2022/2023 mövsümü üçün ilk futbolçu transferini gerçəkləşdirib.
Sportinfo.az Bayıl təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"dən ayrılan Ağabala Ramazanov "dənizçilər"ə keçib.
Qeyd edək ki, 29 yaşlı hücumçu 2018/2019 mövsümündə də "Səbail"in formasını geyinib.
Ağabala bu klubun Premyer Liqadakı ən yaxşı bombardiridir. Onun hesabında 10 qol var.

