Bərbad idarə olunan klubun idman direktoru indi daha çox qazanacaq

3 İyun 2022 17:20 Səbail 1 282
Bərbad idarə olunan klubun idman direktoru indi daha çox qazanacaq

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) “Səbail”in idman direktoru Fərəc Əliyevin müraciətini müsbət cavablandırıb.

ASCO baş sponosru olduğu klubun bir nömrəli idarəçisinin əməkhaqqısını artırıb.

Onun məvacibi 1500 manat artırılaraq, 4500 manata çatdırılıb. Həmçinin xidməti avtomobildən istifadə üçün ona 500 manat “benzin pulu” ayrılıb.

“Farik” ləqəbli funksioner 5 ildən artıq Bayıl təmsilçisində çalışır. Çalışır deyəndə ki, onu xahiş-minnətlə burada işə götürüblər.

AFFA-nın xətti ilə “dənizçilər”ə urcah etdirilən Əliyev əvvəlcə sıradan bir əməkdaş kimi görəvə başlayıb. Ramin Həsənovun “Sabah”a getməsindən sonra isə indiki vəzifəsinə təyinat alıb.

O, futbol sferasına təsadüfən gəlib düşüb. İllər öncə “İnter”də (indiki “Şamaxı”) operator olaraq çalışıb. Ardınca analitik və sənədləşmə məsələləri ilə klubda başını qatıb.

Amma bu, uzun sürməyib. Haqqında bəzi “yaxşı xəbərlər” çıxandan sonra onu paytaxt təmsilçisində saxlamayıblar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti