Mahmud Qurbanovun gəlişi onlar üçün bayram oldu

2 İyun 2022 20:00 Səbail 1 856
Mahmud Qurbanovun gəlişi onlar üçün bayram oldu

“Səbail”də baş verən baş məşqçi dəyişikliyi futbolçuları həvəsləndirib.

Mövsüm başa çatan kimi komandanı tərk etmək istəyən, hətta başqa klublarla razılığa gəlmiş futbolçuların əksəri yeni müqaviləyə qol çəkməyə hazırlaşır.

Mahmud Qurbanovun təyinatından və futbolçularla ayrı-ayrılıqda danışmasından sonra kollektivdə canlanma var.

Vacib məsələ oyunçuların ötən mövsümlə müqayisədə nisbətən artıq maaş almasıdır ki, Qurbanov bu yöndəki çətinliyin aradan qaldırılmasına nail olub.

Komandanın vacib futbolçularından olan Adil Nağıyev və Ruslan Hacıyevlə artıq yeni – 2 illik sözləşmə əldə olunub.

Turan Manafov da müqaviləsinin müddətinin dekabrda başa çatmasına baxmayaraq, karyerasını Qurbanovun rəhbərliyi altında davam etdirmək istəyir. Hüseynəli Quliyev də “Səbail”də qalmağı qərara alıb.

Ağabala Ramazanovun “dənizçilər”in uğurları üçün tər tökəcəyi böyük ölçüdə dəqiqləşibsə, daha bir neçə təcrübəli futbolçunun “Səbail”ə gələcəyi dəqiqdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti