"Özümü ölkə xaricində sınamaq istərdim" - Millimizin yarımmüdafiəçisi

1 İyun 2022 13:40 Səbail 1 001
"Özümü ölkə xaricində sınamaq istərdim" - Millimizin yarımmüdafiəçisi

"Səbail"lə müqaviləm bitib. Komandada qalmağımı istəyirlər. Mənim də fikrim "Səbail"də qalmaqdır".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov dilə gətirib.

Amma U21 milli komandasının da üzvü olan Ədilxan son qərarını vermədiyini bildirib.

Hazırda ölkə xaricinən və yerli klublardan dəvətlər adlığını bildirən 21 yaşlı oyunçu yekun qərarı "Səbail" rəhbərliyi ilə məsləhətləşib verəcəyini sözlərinə əlavə edib:

"Ölkə xaricindən təklifim olması doğrudur. Menecerim danışıqları davam etdirir. Alınsa getmək istərdim. Özümü ölkə xaricində sınamaq istərdim.

Yerli komandalardan da maraqlananlar var. Açığı, "Səbail" mənə doğma klubdur. Bu komandaya daha yaxınam. Ona görə də öncə "Səbail"lə danışıb, sonra qərar verəcəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti