GÜNÜN ŞOK HADİSƏSİ - Bakı klubunda 10 gün içində nələr baş verdi? - GİZLİ NÜANS

23 May 2022 17:44 Səbail 1 997
GÜNÜN ŞOK HADİSƏSİ - Bakı klubunda 10 gün içində nələr baş verdi? - GİZLİ NÜANS

Bir qədər öncə xəbər verdiyimiz kimi, “Səbail” baş məşqçisi Aftandil Hacıyevlə yollarını ayırıb.

Maraqlıdır ki, “Səbail”lə Aftandil Hacıyev arasına mayın 13-də yeni müqavilə imzalanmışdı.

Müqavilənin müddəti 2022/23 mövsümünün sonuna kimi artırılmışdı.

Hacıyev 2018-ci ildən Bayıl təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.

Klubun rəhbərliyi və sponsorları ilə 41 yaşlı mütəxəssis arasında fikir ayrılığı yaşanıb və tərəflər vidalaşmaq qərarına gəliblər. Narazılıq əsasən transfer siyasətinin üzərindən baş qaldırıb.

Belə ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) himayıdarı olduğu “dənizçilər”ə ötən ay verdiyi vədləri yerinə yetirməkdən yayınıb.

ASCO başbilənləri kluba ayırmağa kifayət qədər büdcələrinin olmadığını elan edib, təbii ki, bu da düşərgədə geniş islahatlar aparmaq və iddialı kollektiv formalaşdırmaq istəyən Hacıyevi belə qərar qəbul etməyə inandırıb.

Yaxşı olardı bu, yaranmış vəziyyətlə bağlı həm rəsmilər, həm də səbəbkarın özüylə danışaq.

Təəssüf ki, idman direktoru Fərəc Əliyev və Aftandil Hacıyev telefon zənglərimizə cavab vermədi.

SPORTİNFO.AZ

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var