“Nə olsun ki, rəqib "Neftçi"dir? Ümidsiz deyilik”

28 Sentyabr 2021 20:00 Səbail 874
“Nə olsun ki, rəqib "Neftçi"dir? Ümidsiz deyilik”

İlk 3 turda iki qələbə qazanmaqla mövsümə əla start verən "Səbail"də son iki tur işlər heç də yaxşı getmir.

Komanda öncə səfərdə "Qəbələ"yə darmadağın (0-5) oldusa, ardınca doğma meydanda "Zirə"yə 1-2 uduzdu.

Görəsən, komandanın belə eniş yaşamasına səbəb nədir?

Sportinfo.az-a açıqlamasında yarımmüdafiəçi Ruslan Hacıyev sualı belə cavablandırıb:

"Bunu mən özüm də bilmirəm. Amma uğursuzluğu aradan qaldırmağa çalışırıq. "Qəbələ"dən aldığımız ağır məğlubiyyətin də "Zirə"yə uduzmağımızda təsiri oldu.

Bu oyunda həmin məğlubiyyəti unutdurmağı çox istəyirdik, amma olmadı. İnşallah, qarşıdakı turlar xallarımızı artırarıq".

Hacıyev növbəti tur qarşılaşacaqları "Neftçi" ilə oyundan da söz açıb: "Neftçi" ilə oyun çətin olacaq. Amma bunun öhdəsindən gələ biləcəyimizə inanıram.

Hər oyun kimi "Neftçi" ilə görüşdən də xal və xallarla ayrılmaq istəyirik. Nə olsun ki, rəqib "Neftçi"dir? Ümidsiz deyilik. Evdə oynayacağıq və bu üstünlükdən istifadə etməliyik"

Digər Xəbərlər
Xəbər Lenti