"Səbail" "Sabah"ın yolu ilə gedir

4 İyul 2021 22:20 Səbail 1 381
"Səbail" "Sabah"ın yolu ilə gedir

"Səbail" yay hazırlığının ikinci mərhələsini ölkə xaricində keçirəcək.

Sportinfo.az-ın məlumatına görə, Bayıl təmsilçisi qonşu Gürcüstana üz tutmağı planlaşdırır.

16 iyula kimi Bakıda məşqləri davam etdirəcək komanda vətəndə 2 yoxlama oyunu da keçirəcək. Məhz bu tarixdən sonra Aftandil Hacıyevin yetirmələri ölkə xaricinə gedəcək.

Xatırladaq ki, "Səbail"dən başqa digər Premyer Liqa klubu "Sabah" da ölkə xaricindəki toplanışı Gürcüstanda keçəcəyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti