“Qarabağ” da bu gün...

5 Yanvar 11:05 Qarabağ 1 762
“Qarabağ” da bu gün...

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ikinci yarısının hazırlığına start verir.

Ağdam klubundan Sportinfo.az-a verilən məlumata görə, XVIII turun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılan komanda bu gün Bakıda bir araya gələcək.

Qış təlim-məşq toplanışı paytaxtda baş tutacaq. Hazırlıq çərçivəsində bir yoxlama görüşü nəzərdə tutulub. “Köhlən atlar” yanvarın 15-də “Zirə” ilə qarşılaşacaqlar.

Premyer Liqanın XIX turunun matçları yanvarın 21-23-də keçiriləcək. 41 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” doğma meydanda “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Digər Xəbərlər
Xəbər Lenti