Tanınmış azərbaycanlı yenidən ilk “10-luğ”a düşdü

1 Mart 2023 23:20 Şahmat 375
Tanınmış azərbaycanlı yenidən ilk “10-luğ”a düşdü

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenidən ilk “10-luğ"a düşüb.

O, 2747 xalla 10-cu pillədə qərarlaşıb. Digər qrossmeyster Şəhriyar Məmmədyarov aktivindəki 2738 xalla 15-ci yerdə qalıb.

Qədir Hüseynov bir pilləlik irəliləyişlə 83-cü (2661), Rauf Məmmədov isə 100-cü (2646) yerdədir.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova (2358) 88-ci yerdə qərar tutub.

Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu Xampi Koneru (Hindistan – 2676) və Aleksandra Qoryaçkina (FIDE – 2576) izləyirlər.

Xəbər Lenti