Rəcəbovdan 3 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə

22 İyun 2021 00:00 Şahmat 577
Rəcəbovdan 3 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində daha 9 görüş keçirib.

Sportinfo.az xəbər verir ki, rapiddən sonra qrossmeyster bu dəfə blits oyununda qüvvəsini sınayıb.

İlk 3 görüşdə müvafiq olaraq Alireza Firuzca (FIDE), Uesli So (ABŞ) və Yan Nepomnyaşiyə (Rusiya) uduzan Rəcəbov, 4-cü oyunda Fabiano Karuanaya (ABŞ) qalib gəlib.

34 yaşlı şahmatçı növbəti iki görüşünü heç-heçə ilə başa vurub. O, əvvəlcə Riçard Rapport (Macarıstan), ardınca isə Maksim Vaşye-Laqravla (Fransa) xalları yarı bölüb.

Rəcəbov daha sonra Petr Svidler (Rusiya) və Levon Aronyanla (Ermənistan) duellərdən məğlub ayrılsa da, son qarşılaşmada Vladimir Kramnik (Rusiya) üzərində qələbə qazanıb.

Beləliklə, təcrübəli şahmatçı günü 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyətlə başa vurub.

Teymur Rəcəbov hazırda 11 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!