«Sabah» mövsümü iki titulla başa vurdu.
Premyer Liqada «Qarabağ»ı qabaqlayan «bayquşlar» kubokda da «Zirə»nin önünə keçdi.
«Qartallar» final matçının əvvəlində Eren Aydının qoluna sevinsə də, gedişatı Valdas Damrauskasın eyni anda iki əvəzetməsi dəyişdi.
Belə ki, Masazır təmsilçisinin baş məşqçisi 69-cu dəqiqədə riskə getdi, Aleksey İsayevi Patrik Mbina, Timoteuş Puxaçı isə Rəhman Daşdəmirovla əvəzlədi.
Bu cütlüyün meydana ayaq basmasından 47 dəqiqə sonra hesabı bərabərləşdi.
Rəhmanın ötürməsini qobonlu hücumçu gözəl akrobatik zərbəylə tora qovuşdurdu. Status-kvonu bərpa etməsiylə bir qədər də ruhlanan «Sabah» 90+1-ci dəqiqədə
Coy Lens Mikelslə daha bir dəfə fərqləndi və yekunda kuboku başı üzərinə qaldıran tərəf oldu.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

