
"Sabah"ın Abdulla Rzayevi "Turan Tovuz"un sərəncamına verməsindən xəbərdarsız.
Cinah müdafiəçisi icarə əsasında əyalət klubunun şərəfini qoruyacaq.
“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Bu anlaşma ”bayquşlar”a pul qazandırıb. ”Turan” Masazır təmsilçisinə 20 min manat civarında ödəmə etməyi öz üzərinə götürüb.
Eyni zamanda, onlar gənc oyunçunu gələn ilin yayında birdəfəlik transfer etmək hüququna yiyələnib. Prosesin rəsmiləşməsi üçün 100 min manat kompensasiya vermələri kifayət edəcək.
SPORTİNFO.AZ