Tanınmış hücumçu futbola "Sabah"da "əlvida" deyəcək

24 Aprel 2020 13:00 Sabah 521
Tanınmış hücumçu futbola "Sabah"da "əlvida" deyəcək

"Sabah"ın legioneri Marko Deviç karyerasını başa vurmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, bu barədə ukraynalı hücumçu "Futbol" telekanalına müsahibəsində deyib:

"Sabah"la müqaviləm mövsüm sonu başa çatacaq. Çox güman ki, karyeramı bitirəcəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm.

Vida matçını Xarkovda keçirmək istərdim. Ola bilsin bu, baş vermədi. Açığı, karyeramı bitiridikdən sonra nə edəcəyimə tam qərar verməmişəm. Bəlkə məşqçi və ya futbol agenti oldum”.

36 yaşlı forvard 2018-19-cu ildə “Sabah”a transfer olunub. O, bir il komandadan ayrıldıqdan sonra bu mövsüm yenidən paytaxt klubuna qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti