"Sumqayıt" Masazırdan əlidolu döndü - FOTOREPORTAJ

11 Noyabr 2019 09:00 Sabah 1 191
"Sumqayıt" Masazırdan əlidolu döndü - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, həftənin üçüncü matçında "Sabah" "Sumqayıt"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb.

Qarşılaşmanın 32-ci dəqiqəsində Ulise Diallo fərqlənib. Oyunun 56-cı dəqiqəsində Peyman Babayi cavab qolunu vurub. Bundan 20 dəqiqə sonra isə Mehdi Şərifi "Sumqayıt"ı önə çıxarıb.

Matçda son nöqtəni isə 90+5-ci dəqiqədə Əmir Ağayev qoyub - 3:1. Bu qələbədən sonra xalını 14-ə çatdıran "Sumqayıt" 4-cü pilləyə yüksəlib. "Sabah" isə 10 xalla 6-cı yerdə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti