Azərbaycanın yeni çempionu polyakların gözünü necə qorxudub?

16:20 Sabah 176
Azərbaycanın yeni çempionu polyakların gözünü necə qorxudub?

Polşa çempionu “Lex” növbəti mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Sportinfo.az xəbər verir ki, Polşa mətbuatı Poznan klubunun bu raunddakı mümkün rəqiblərini dəyərləndirib.

Azərbaycan çempionu “Sabah” I təsnifat mərhələsi səddini keçsə, növbəti raunddakı mümkün rəqibləri sırasında “Lex” də olacaq. Çünki polşalılar püşkatma zamanı səpələnmişlərdə qərarlaşacaq.

Maraqlıdır ki, yerli KİV məhz bu məqamı xüsusi qabardıb. “Sabah” “Lex” üçün təhlükəli komanda hesab edilir:

“I təsnifat mərhələsindən mübarizəni davam etdirəcək komandalar sırasında “Sabah”, “Levski” (Bolqarıstan) və “ETO Dyor” (Macarıstan) da var.

Hansı ki, onlar II raunddan yarışa başlayacaq komandalardan heç də zəif deyillər. Seçim imkanı olsa, əlbəttə ki, adıçəkilən komandalarla qarşılaşmaq uğursuz variant olar”.

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Bu raundun oyunları 21-22 iyulun və 28-29 iyul tarixlərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti