Daha öncə xəbər verdiyimiz kimi, "Sabah"da şok ayrılıq yaşanıb.
Coy-Lens Mikels Premyer Liqanın çempionunun düşərgəsini tərk edib.
Hücumçu bu yay başa çatacaq müqaviləsini artırmayıb.
Bundan xəbər tutan 3 klub hərəkətə keçib. Maraqlıdır ki, onların hamısı bu yay ölkəmizin avrokuboklardakı təmsilçiləridir.
"Qarabağ", "Neftçi" və "Turan Tovuz"un nümayəndələri almaniyalı forvardla əlaqə yaradıb, onun şərtləri ilə maraqlanıb. 32 yaşlı almaniyalı yekun qərarını verməyə tələsmədiyini söyləyərək, "taym-out" götürüb.
Adıçəkilən legioner hazırda19 qolla Premyer Liqanın bombardiridir.
O, arxada qalan 32 turda meydana çıxdığı 25 matçda 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Ölkə Kubokunda isə forma geyindiyi 5 qarşılaşmada 3 qol, 2 asistlə yadda qalıb.
Ruanda millisinin üzvü 2021-ci ildən Masazır klubundadır.
Onun 2023/24 mövsümünü Səudiyyə Ərəbistanı klubu “Əl-Faysal”da keçirdiyini də bildirək.
SPORTİNFO.AZ

