Ombudsman “Sabah”ın futbolçuları və məşqçiləri üçün... FOTO

22:40 Sabah 120
Ombudsman “Sabah”ın futbolçuları və məşqçiləri üçün... FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində AFFA ilə birgə əməkdaşlıqda “Sabah”ın aşağı yaş qruplarından olan futbolçuları və məşqçiləri üçün “Uşaq hüquqlarının müdafiəsi: bərabərliyin və təhlükəsiz idman mühitinin təşviqi” mövzusunda təlim keçirilib.

Sportinfo.az xəbər verir ki, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək, idman sahəsində uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, məşqçi və uşaqlar arasında sağlam ünsiyyətin qurulması, etik davranış prinsipləri, uşaqlar arasında zorakılıq hallarının qarşısının alınması, ayrı-seçkiliklə mübarizə və təhlükəsiz idman mühitinin yaradılması istiqamətində geniş məlumat verib.

Bununla yanaşı, təlim zamanı iştirakçılara idman mühitində uşaqların hüquqlarının pozulmasına səbəb ola biləcək real situasiyalar əsasında praktiki nümunələr təqdim edilib, belə hallarda düzgün yanaşma və davranış qaydaları izah olunub, uşaqların hüquqlarının qorunmasına xidmət edən hüquqi müdafiə mexanizmləri, o cümlədən Ombudsmanın mandatı, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Təlimin sonunda məşqçi və uşaqların mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti