"Sürpriz etdik, indi də Çempionlar Liqasının əsas mərhələsinə düşmək istəyirik"

21 May 00:40 Sabah 448
"Sürpriz etdik, indi də Çempionlar Liqasının əsas mərhələsinə düşmək istəyirik"

"Sabah"ın bu mövsüm Azərbaycan futbolunda "qızıl dubl" etməsi komanda üzvləri üçün süpriz olub.

Sportinfo.az xəbər verir ki, bunu "bayquşlar"ın vingeri Xəyal Əliyev deyib.

O, komandasının uğurlu çıxışından danışıb:

"İnanın, çox sevincliyik. Bir neçə gün əvvəl Azərbaycan Kubokunun finalında qələbə qazandıq və sevincimizi bölüşdük.

Artıq Premyer Liqada çempionluğu da rahat qeyd edə bilərik. İki kuboka sahib çıxmaq bizim üçün də sürpriz nəticə idi.

İnşallah, uğurlarımızın davamı gələr. Özümüzə inam var. Çempionlar Liqasının əsas mərhələsinə düşmək istəyirik və buna inanırıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer